AZ

Azərbaycanın iki rəqəmsal sosial layihəsi Avstraliyada mükafata layiq görülüb - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən Beynəlxalq SOS Fondunun “Duty of Care 2024” müsabiqəsinə təqdim olunan “Proaktiv təyinat mexanizmi” və “Əmək və məşğulluq” altsistemi layihələri münsiflər heyəti tərəfindən yüksək qiymət alıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, hər iki layihə müsabiqənin “İnnovasiya” kateqoriyası üzrə qalib seçilərək mükafata layiq görülüb.

Mükafatlar Avstraliya İttifaqının Sidney şəhərində keçirilmiş "Qayğı Vəzifəsi Sammiti"ndə Azərbaycan Respublikasının Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərova təqdim olunub.

“Yenidən təsəvvür edilən gələcək üçün aparıcı dəyişiklik” mövzusunda keçirilən müsabiqəyə Avstraliya, Yeni Zelandiya, ABŞ, Almaniya, Polşa, Çin, Koreya, Malayziya, Sinqapur və s. daxil olmaqla 29 ölkədən layihələr təqdim edilib.

Beləliklə, ilk dəfə Azərbaycanın rəqəmsal sosial layihələri Avstraliya qitəsində mükafata layiq görülüb.

Seçilən
28
3
sia.az

4Mənbələr