AZ

"Tramp sərt bazarlığa, güc nümayişinə və təzyiqə üstünlük verəcək" - Fyodor Lukyanov

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın aparıcı siyasi analitiki Fyodor Lukyanov Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ-ın Ukrayna böhranına yanaşmasının necə dəyişə biləcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Lukyanov bildirir ki, Tramp adətən siyasi mesajlarını “qısa ifadələrlə” bildirir: “Strategiyalar və fəaliyyət planları daha sonra ətrafındakılar tərəfindən yaradılır, lakin ilk vurğunu Tramp özü edir. Trampın Ukraynadakı müharibəni 24 saat ərzində bitirmək vədi “qeyri-real olsa da, vəd onun vəziyyəti həll etmək istəyini göstərir və nəzərə alınmalıdır”.

Lukyanov Tramp administrasiyası dövründə ABŞ-ın Ukrayna siyasətində Co Bayden administrasiyası ilə əhəmiyyətli fərqlərin olacağını proqnozlaşdırır. Bayden administrasiyasının “soyuq müharibədən sonra qurulan liberal nizamı qorumaq” idealı ilə hərəkət etdiyini bildirən Lukyanov, Trampın bu nizama qarşı çıxmaqla “Amerika maraqlarını konkret olaraq müdafiə etmək” yanaşmasını mənimsədiyini vurğulayır. Onun sözlərinə görə, Tramp üçün “mənəvi və siyasi üstünlüyü saxlamaq öhdəliyi” məqsəd deyil, sadəcə vasitədir.

Trampın müharibəni bir vasitə olaraq görmədiyinə diqqət çəkən Lukyanov, iş dünyasından olan bir insan kimi Trampın “sərt bazarlığa, güc nümayişinə və təzyiqə üstünlük verdiyini, lakin dağıdıcı silahlı münaqişəyə müsbət baxmadığını” ifadə edir. Lukyanovun sözlərinə görə, Trampın Ukrayna və Qəzzada axan qanı dayandırmaq istəyi real və səmimi ola bilər.

Təhlilçi Trampın 2016-2020-ci illərdəki xarici siyasət addımlarından ibrət götürərək bu dəfə daha ehtiyatlı olacağını bildirir. Lukyanov "Trampın mühitinin dəyişdiyini və bu dəfə daha güclü siyasi mandata sahib olduğunu" və onun əvvəlki dövrlə müqayisədə daha geniş fəaliyyət sahəsinə malik olduğunu deyir. Lakin Lukyanov deyib ki, Ukrayna böhranı ani addımlarla deyoil, diqqətlə və ahənglə həll edilməlidir.

Seçilən
29
hafta.az

1Mənbələr