AZ

Kursk vilayətində gedən döyüşlərdə azı 13 çağırışçı həlak olub

...Ukrayna ordusunun hücumundan sonra Kursk vilayətində gedən döyüşlər zamanı azı 13 rusiyalı çağırışçı həlak olub. İlk dəfə olaraq, çağırışçı, 22 yaşlı Artem Dobrodumskinin ölümü Ukrayna Silahlı Qüvvələrinin hücumunun doqquzuncu günündə məlum olub.

O, ölənlərin ən böyüyü olub, ən kiçiyi Sergey Sivtsovun isə 18 yaşı var idi.

Ölənlərin hamısı müxtəlif regionlardan: Altay və Krasnodar diyarlarından, Başqırdıstan və Udmurtiya respublikalarından, həmçinin Belqorod, Voloqda, Leninqrad, Penza, Pskov, Rostov, Sverdlovsk, Çelyabinsk və Yaroslavl vilayətlərindəndir.

...Gərək ki, yadınızda olar, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra prezident Vladimir Putin “kişi kimi” çağırışçıların müharibədə iştirak etməyəcəyinə söz vermişdi.

Lakin elə işğalın ilk günündən çağırışçılar ölməyə başladılar. ...Və elə həmin ilin martında Müdafiə Nazirliyi çağırışçıların döyüşlərdə iştirakını tanıyıb, bundan sonra Baş Prokurorluğun məlumatına görə, 600 çağırışçı Ukrayna ərazisindən Rusiyaya qaytarılıb.

...BBC-nin Rus Xidməti yazır ki, Ukrayna Silahlı Qüvvələri bölgəyə hücuma başlayanda Kursk vilayətində Rusiya müdafiəsinin ilk cərgəsində olan çağırışçılar olub. Onların nə ağır silahları, nə də texnikası varmış. Çağırışçılardan birinin anası deyir ki, qohumları çağırışçılarla əlaqəni kəsəndə hərbi komissarlıqdan ona “nə cəfəngiyyat danışırsan, onlar yoxdur, sadəcə telefonlarını götürüblər” deyə cavab verib.

...Müxtəlif mənbələrə görə, Ukrayna hərbçiləri Kursk vilayətində 600-ə yaxın rusiyalı hərbçini əsir götürüb. Avqustun 24-də Ukrayna və Rusiya hərbi əsirləri dəyişdirdi, bu müddət ərzində Kursk vilayətindən çağırışçı əsgərlər geri qaytarıldı. Hər iki tərəf nə qədər çağırışçının əsir düşdüyünü və onlardan neçəsinin Rusiyaya qayıtdığını açıqlamayıb. Jurnalistlər daha əvvəl Kursk vilayətində yoxa çıxan 80-dən çox rusiyalı çağırışçının adlarını müəyyənləşdirmişdilər.

Əli Babayev

Seçilən
34
sia.az

1Mənbələr