Lənkərandakı Xanbulan gölü Azərbaycan təbiətinin incilərindən biridir və ilin bütün fəsillərində gözoxşayan mənzərəsi ilə insanları valeh edir. Göl Lənkəran rayonunun Xanbulan kəndində yerləşir və sıx meşəliklərlə əhatə olunub. Burada dəmirağacları payız fəslində fərqli rəng çalarlarına bürünərək gölə xüsusi gözəllik verir.
Gölün ətrafını əhatə edən sıx meşəlik və payızın rəng çalarları burada unudulmaz mənzərə yaradıb.
Bura gələnlər yalnız təbiətin gözəlliklərindən zövq almaqla kifayətlənmir, həm də səssizliyin və təmiz havanın yaratdığı rahatlıqda dincəlirlər. Xanbulan gölü bu xüsusiyyətlərinə görə, təkcə yerli turistlərin deyil, həm də xarici qonaqların sevimli məkanlarından biri kimi tanınır.
AZƏRTAC Xanbulandan çəkilən fotoları təqdim edir.