"Bu vacib mövzuda yeddi ölkə və Bakı çağırışını imzalayan digər ölkələr Bakı Mərkəzinin məhz Azərbaycanda yerləşməsini istəyiblər. Bu da sülh sahəsində Azərbaycanın sülhpərvər xarici siyasətini dəstəkləmək və ona etimadın yüksək səviyyədə olmasının bariz nümunəsidir".
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib:
"Yeni yaratdığımız Bakı Mərkəzi analitik mərkəzlərlə əməkdaşlıq edəcək. Burada yeni sahə olduğu üçün analitik və konseptual yanaşmalara ehtiyac var.
Digər tərəfdən beyin mərkəzindən ibarət işçi qrupu bu gün təsis olunacaq. Bu Azərbaycan Beynəlxaq Münasibətlər Təhlilili Mərkəzinin təşəbbüsü ilə yaradılır.