AZ

Botanika İnstitutu Tümen Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

Botanika İnstitutu ilə Tümen Dövlət Universiteti arasında memorandum imzalanıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Tümen Dövlət Universitetinin birinci prorektoru Andrey Viktoroviç Tolstikov Botanika İnstitutunun qonağı olub.

İnstitutundan AZƏRTAC-a bildirilib ki, baş direktor professor Səyyarə İbadullayeva görüş zamanı qonağa Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

Qonaq institutun elmi fəaliyyətini yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi üçün geniş imkanlar olduğunu vurğulayıb. Alim institutun Herbari Fondunda olub, nümunələrin saxlanılma şəraiti və aparılan müasir istiqamətli işlərlə maraqlanıb.

Memoranduma əsasən, elm və təhsil sahəsində əməkdaşlıq, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, yeni texnologiyaların tətbiqi, layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Sənəd yeni elmi istiqamətlər üzrə gənc kadrların hazırlanması üçün əhəmiyyətli olacaq.

Seçilən
78
1
yeniazerbaycan.com

2Mənbələr