AZ

Güneyli siyasi məhbus Ancelina Coli ilə telefonla danışıb - FOTO

Tehrandakı Evin zindanında həbs cəzası çəkən güney hüquq müdafiəçisi, Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi ailəsinin vasitəçiliyi ilə Hollivud aktrisası, BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının keçmiş səfiri Ancelina Coli ilə telefonda danışıb.
 
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
 
Telefon danışığında Nərgiz Məhəmmədi İranın indiki durumunu hökumət tərəfindən həqiqətin dəfn edilməsi kimi qiymətləndirib.
Ancelina Coli 16 yaşlı Armita Gəravəndin repressiv “Əxlaq” polisi tərəfindən öldürülməsi ilə bağlı sual ünvanlayıb. “Hökumətin həqiqəti gizlətməsi, müxalifləri və etirazçıları məhv etmək tədbirlərindən daha dəhşətlidir. İran hakimiyyəti Armitanı qətlə yetirməklə cəmiyyətə belə bir mesaj verib ki, övladlarınız öldürülə bilər, amma həqiqəti qışqırmağınıza icazə verilməz”, - deyə sülh mükafatçısı Coliyə bildirib.
 
Seçilən
369
50
Mənbələr
Şərh ()
Bağla