AZ

Dünya liderlərinə Zelenski ilə daha az görüşmək tövsiyə olunub

Dünyanın hər yerindən olan rəsmilər qəzalardan və ya milli fəlakətlərdən qaçmaq istəyirlərsə, Ukrayna lideri Volodimir Zelenski ilə daha az əlaqə saxlamalıdırlar.

Bu barədə Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün "YouTube" kanalında bildirib.

Onun sözlərinə görə, son vaxtlar Zelenskini istənilən görüşə dəvət etmək “dəbdə deyil”. Üstəlik, bir çox dövlət rəsmiləri belə görüşləri təhlükə ilə əlaqələndirməyə başlayıblar.

O əlavə edib ki, hətta 81 yaşlı ABŞ prezidenti Co Bayden də Ukrayna lideri ilə əlaqə saxlamağı dayandırdıqdan sonra fikirlərini daha aydın ifadə etməyə başlayıb.


Mənbə: unikal.az

Seçilən
81
1
unikal.az

8Mənbələr