AZ

Qalmaqallı məhkəmədə Fatih Terimə İTTİHAM: Ona çoxlu pul aparırdım

Aralarında futbolçular Arda Turan, Fernando Muslera, Emre Belözoğlu, "Qalatasaray"ın və Türkiyə millisinin keçmiş baş məşqçisi Fatih Terim kimi məşhurların da olduğu 39 nəfəri yüksək gəlirli xüsusi fondlar vədi ilə aldadan “Denizbank”ın keçmiş şöbə müdiri Seçil Erzan 11 aprel 2023-cü ildə həbs edilib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, dünən İstanbul 41-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə iş üzrə məhbus olan yeganə təqsirləndirilən Seçil Erzan, həbssiz müttəhimlər Ali Yörük, Atilla Yörük, Nazlı Can və Asiye Öztürk, tərəflərin vəkilləri iştirak edib.

Şikayətçi Erkan Karaca məhkəmədəki ifadəsində Seçil Erzanla 2019-cu ildə tanış olduqlarını bildirib: “Bizə bir fonddan danışdı. Gizli olan fondun adının “Fatih Terim Fondu” olduğunu, rəhbərinin isə Hakan Ateş olduğunu dedi”.

Seçil Erzan isə açıqlamasımda Fatih Terimin pul istədikcə ona pul apardığını qeyd edib: “O, çox pul aldığını bilirdi. Mən bu insanları aldatmadım. Futbolçular bir-birinin qazandıqlarını görəndən sonra yanıma gəlirdi. Selçuk İnan Semih Kayaya zəng edərək “Seçil mənə çoxlu pul qazandırdı, sən də gəlməlisən” demişdi”.

Erzan məhkəmənin gedişatında sərbəst buraxılmasını tələb edib: “20 aydır həbsdəyəm. Mən həmişə əsl qurbanlardan və əlavə pul götürənlərdən danışmışam. Heç kimi aldatmaq niyyəti ilə hərəkət etməmişəm. Əlavə pul alanlar pulu qaytarsaydı, bu hal baş verməzdi”.

Seçilən
21
1
publika.az

2Mənbələr