AZ

“Wolt”un velosipedçisi müğənninin anasını vurdu - FOTO

Avroviziya təmsilçimiz Dihaj "Wolt"dan şikayət edib.

Müğənni bu barədə öz sosial şəbəkə hesabında paylaşıb.

İfaçı "Wolt" şirkətinin velosipedçisinin onun anasını vurduğunu bildirib:

"Dünən "Wolt"un velosiped sürücüsü saat 14:55-də anamı vurub. Velosipedçi səki ilə sürürdü, anam isə işıqforda piyada zolağının üstündə dayanmışdı. Sürücü anamın kürəyinə çırpılıb və o yerə yıxılıb. Anamın başı yerə dəyib. Hətta ayaqqabısı ayağından çıxıb. Velosipedçi onun ayaqqabısını geyindirib, üzr istəyib və gedib. İndi anam axsayır! Bu, iyrəncdir"./Milli.az



Seçilən
17
7
news365.az

8Mənbələr