AZ

Dünyanın marağına səbəb olan deputatın cəmi 22 yaşı var imiş - VİDEO

Yeni Zellandiya parlamentində qanun layihəsinə edilən etiraz maraqlı görüntülərlə yadda qalıb. Parlament üzvləri “haka” rəqsi edərək 1840-cı ildə Britaniya müstəmləkəçiləri və Maori başçıları arasında imzalanan Vaytanti razılaşmasının yenidən baxılmasını nəzərdə tutan qanun layihəsinə etiraz ediblər. 

 

Razılaşma qeyd olunan iki tərəf arasında birgə idarəetmənin şərtlərini müəyyən edir. Yeni Zelandiyanın bir çox vətəndaşı bunu yerli olmayan sakinlərə qarşı ayrı-seçkilik kimi qəbul edib.

 

Modern.az-ın məlumatına görə, etiraz deputat Hana-Ravhiti Maipi-Klarkın qanun layihəsini əks etdirən sənədi cırması ilə başlayıb. Daha sonra o və həmkarları “haka” rəqsi ilə etirazlarını bildiriblər.

 

Yeni Zelandiyanın 140 illik rəqsi hesab edilə  "haka" "müharibə rəqsi" kimi də tanınır. Bu rəqs döyüşlərdən əvvəl döyüşçülərin gücünü göstərmək və qarşı tərəfi qorxutmaq üçün edilir. "Haka" rəqsində şəxslər gözlərinin ağ hissəsini göstərir və əllərini bədənlərinə, ayaqlarını yerə vuraraq rəqs edirlər.

 

Maipi-Klark 2023-cü ildə cəmi 20 yaşında Yeni Zelandiya parlamentinə deputat seçilib. Hazırda 22 yaşında olan millət vəkili Yeni Zellandiya tarixinin ən gənc ikinci deputatı olub.

 

 

Seçilən
40
7
modern.az

8Mənbələr