Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin bütün formatlarından uzaqlaşdığını göstərir.
Sitat.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Nazir müavini Ermənistanın KTMT-nin noyabrın 28-də keçiriləcək sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: “Sualınızı erməni tərəfinə ünvanlayın”.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda İrəvanın KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesabladığını deyib.