AZ

Britaniya hərbçiləri Estoniyada Putinə xəbərdarlıq olaraq avtomobil körpüsünü partladıblar

Britaniya və Estoniya hərbçiləri hərbi qüdrətlərini nümayiş etdirmək və Vladimir Putinə xəbərdarlıq etmək məqsədilə Rusiya sərhədindən cəmi 190 kilometr aralıda yerləşən avtomobil körpüsünü partladıblar. Tallinn-Pärnu-İkla avtomobil yolundakı körpü idarə olunan partlayıcı qurğu vasitəsilə dağıdılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Express” yazıb.

Mənbə qeyd edir ki, əməliyyatı Estoniya hərbçiləri NATO-nun müdafiə strategiyası çərçivəsində bölgədə yerləşən Britaniya hərbi mühəndisləri ilə birgə həyata keçirib.

Körpü sovet dövründə tikilib və yenisi ilə əvəz olunacaq. Lakin hakimiyyət bu fürsətdən istifadə edərək hərbi üsullarını tətbiq edərək Rusiya və Putinə açıq xəbərdarlıq siqnalı göndərib.

KONKRET.az

Seçilən
26
konkret.az

1Mənbələr