AZ

Daşnakların ərazilərimizdə 30 illik ekoloji cinayətlərinin qiymətləndirilməsində yeni imkan açılır...

Image

Elman Cəfərli: “Son 30 ildə Ermənistan Azərbaycana   qarşı ekoloji cinayətlər həyata keçirib”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası tədbirləri çərçivəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror aktları, ekosid cinayətləri də geniş şəkildə müzakirə edilir. 

COP29 tədbirləri çərçivəsində aparılan  müzakirələr Ermənistanın 30 ildə törətdiyi ekoloji cinayətlərə və iqlim şəraitinə vurduğu ziyanlara görə cinayət məsuliyyətinə cəlb olunmasına necə təsir edə bilər? Təsiri olacaqmı?

Ekspertlərin fikrincə, COP-un Azərbaycanda keçirilməsi  bu istiqamətdə də qarşımızda yeni üfiqlər açır və Ermənistanın bu 30 illik cinayətlərinin beynəlxalq aləmə daşınmasına imkan yaradır. Ekspertlər hesab edir ki, Ermənistanın bu cinayətləri regionda iqlim dəyuşmələrinin genişlənməsinə yol açan əsas amillərdən biri olub. Çünki bu ölkənin həyata keçirdiyi ekosid təkcə Azərbaycan ərazisi üçün deyil, bütün Cənubi Qafqaz regionu, o cümlədən də qonşu dövlətlər üçün ciddi ekoloji problemlər yaradıb.  

“COP29 tədbirləri Ermənistanın bu cinayətlərini beynəlxalq ictimiyyətin diqqətinə çatdırmaq üçün bir fürsətdir”

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda dünya qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizəyə səfərbər olub. “Azərbaycanda keçirilən  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu konfransı da qlobal iqlim fəsadlarının nəticələrinin yumşaldılması ilə mübarizə yollarını araşdırır. Bir sıra qüvvələr, çox təəssüf ki, qlobal iqlim böhranına ciddi əhəmiyyət vermirlər. Bakı konfransına qarşı boykotçu kampaniya da bunu sübut etdi. Lakin vəziyyət gerçəkdən ciddidir. Qlobal isliləşmənin doğurduğu fəsadlar çox ciddidir və planetimizin gələcəyi təhlükə altındadır. Məsələn, mütəxəssislərin hesablamalarına görə, 2024-cü il dünyada qeydə alınan temperatur maksimumlarının sayına görə rekord il olub. İlin əvvəlindən dünyanın 15 ölkəsində temperatur maksimumları qeydə alınıb, eləcə də müxtəlif ölkələrdə 130 aylıq istilik rekordu qırılıb. Beynəlxalq təşkilatların hesabatında qeyd edilib ki, bu il Meksikada maksimal temperatur Selsi şkalası üzrə 52 dərəcə, Misirdə 50,9 dərəcə olub, Malidə isə 48,5 dərəcəyə çatıb. İsliləşməyə səbəb insan amilidir. Sənaye müəssisələri, daxili yanma mühərrikləri ilə işləyən avtomobillərin artması atmosferdə karbon emissiyasının miqdarını artırır”. E.Cəfərli qeyd etdi ki, bundan çıxış yolu yaşıl iqtisadiyyatın qurulması və karbonsuz nəqliyyata keçiddir. Müsahibimizin sözlərinə görə, COP tədbirləri qlobal iqlim dəyişikliyinə adaptasiya yollarını müzakirə etmək üçün keçirilir. 

“Son 30 ildə Ermənistan Azərbaycana  qarşı ekoloji cinayətlər həyata keçirib. Meşələrimiz talan edilib, çaylarımız ağır sənaye tullantıları ilə çirkləndirilib. Çox təəssüf ki, Ermənistanın çaylarımıza qarşı ekoloji terroru bu gün də davam edir. Təbii ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun fəsadları beynəlxalq təşkilatlara daşınmalı, bununla bağlı məhkəməyə müraciətlər olmalıdır. Bu yöndə müvafiq qurumlar işlər aparır. Ermənistanın mina terroru bu gün Azərbaycanın bəpraolunan enerjiyə keçidinə mane olur. Azad Qarabağ yaşıl enerji zonası elan edilib. Lakin öncə ermənilərin mina terrorunun nəticələri aradan qaldırılmalı, ərazilərimiz minalardan və partlamamış sursatlardan təmizlənməlidir”. 

E.Cəfərli hesab edir ki, Ermənistanın ekosid cinayətləri təkcə Azərbaycan üçün təhlükəli vəziyyət yaratmır, bu bölgənin və qonşu ölkələrin ekoloji mühitini də pozur. “Fikrimcə, COP29 tədbirləri Ermənistanın bu cinayətlərini beynəlxalq ictimiyyətin diqqətinə çatdırmaq üçün bir fürsətdir”

E. Cəfərli qeyd etdi ki, Azərbaycanı qayğılandıran təkcə öz ekoloji problemləri deyil, eyni zamanda  qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlardır. 

İradə SARIYEVA





Seçilən
88
baki-xeber.com

1Mənbələr