AZ

Rusiyanın Kemerovo vilayətində şaxta uçub, dağıntılar altında qalanlar var

Kemerovo vilayətindəki “Taştaqolskaya” mədənində zəlzələdən sonra qaya uçub – bir nəfər dağıntılar altında qalıb, şirkətdən “İnterfaks”a bildirilib.

Çökmə zamanı mədəndə 183 şaxtaçı işləyib və onlardan 182-si xilas ola bilib. Fövqəladə hallar xidmətinin məlumatına görə, dağıntılar altında iki nəfər qalıb – biri xilas edilib və o, beyin silkələnməsi keçirib.

Bir neçə saat sonra baş verən zəlzələdən sonra şaxtaçının axtarışları dayandırılıb. Daha sonra xilasetmə işləri davam etdirilib. İstintaq Komitəsinin regional idarəsi bildirib ki, qayanın uçması ilə bağlı təhlükəli istehsalat obyektlərində təhlükəsizlik tələblərinin pozulması maddəsi ilə cinayət işi açılıb.

Kemerovo vilayətindəki “Taştaqolskaya” mədənində zəlzələdən sonra qaya uçub – bir nəfər dağıntılar altında qalıb, şirkətdən “İnterfaks”a bildirilib. Çökmə zamanı mədəndə 183 şaxtaçı işləyib və onlardan 182-si xilas ola bilib. Fövqəladə hallar xidmətinin məlumatına görə, dağıntılar altında iki nəfər qalıb – biri xilas edilib və o, beyin silkələnməsi keçirib.

Bir neçə saat sonra baş verən zəlzələdən sonra şaxtaçının axtarışları dayandırılıb. Daha sonra xilasetmə işləri davam etdirilib. İstintaq Komitəsinin regional idarəsi bildirib ki, qayanın uçması ilə bağlı təhlükəli istehsalat obyektlərində təhlükəsizlik tələblərinin pozulması maddəsi ilə cinayət işi açılıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
49
editor.az

1Mənbələr