AZ

NETANYAHUNUN GƏRƏRGAHI RAKETLƏ VURULUB

Ötən gecə İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahının həyətinə iki işıqlandırıcı raket düşüb.

Tezadlar.az Haber- Türk- ə istinadla bildirir ki,  hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Sitat: "Baş nazir Benyamin Netanyahunun şəxsi iqamətgahına atılan iki işıqlandırıcı raket evin həyətinə düşüb. Heç bir ziyan dəyməyib.Netanyahu və ailəsi həmin vaxt evdə olmayıblar”. Polis və Şin Bet hadisə ilə bağlı araşdırmaya başlayıb. Hadisənin törədilməsinə görə hər hansı qruplaşma məsuliyyəti etiraf etməyib. Lakin İsrailin Müdafiə Nazirliyinin rəsmiləri buna görə sərt tədbirlər görüləcəyini bildiriblər. Y.Məmmədli

Seçilən
35
7
tezadlar.az

10Mənbələr