AZ

Frank Peloni Qarabağın Azərbaycana qaytarılmasına qarşı olub - Aksiya iştirakçısı

ABŞ Konqresinin nümayəndəsi Frank Paloni Qarabağın Azərbaycana qaytarılmasına qarşı olub.

Bu sözləri "Report"a açıqlamasında Frank Peloninin Azərbaycandan getməsini tələb edən aksiya iştirakçısı, Şəhid Ailələrinə Qayğı İctimai Birliyinin rəhbəri Müşfiq Əliyev deyib.

O bildirib ki, erməni lobbisinin maliyyələşdirdiyi Frank Peloninin Azərbaycanda görmək istəmirlər:

"Peloninin Azərbaycandan rədd olmasını istəyirik. Bu aksiyada iştirak edən QHT nümayəndələri hamısı eyni fikirdədir. O, bura BMT-nin təklifi ilə gəlib. Peloni hər zaman anti-Azərbaycan təbliğatı ilə məşğul olub və Qarabağın Azərbaycana qaytarılmasının əleyhinə fəaliyyət göstərib. Minlərlə azərbaycanlı, eləcə də qazi və şəhid ailələri ermənipərəst konqres nümayəndəsinin ölkəsinə qayıtmasını istəyir. Biz "Peloni rədd ol!" şüarını səsləndiririk. Onun BMT tərəfindən COP29-a dəvət olunması bizi çox incidib".

Seçilən
1
5
aznews.az

10Mənbələr