Tiflisdə müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları parlament seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq yürüşə çıxıblar.
Bakıvaxtı.az xəbər verir ki, müxalifət nümayəndələri və onların tərəfdarlarının bir qismi metronun “Marcanişvili” stansiyasının yaxınlığında, bir qismi “Vake” parkının, bir hissəsi isə Gürcüstan Futbol Federasiyasının binasının yanında toplaşıb.
Etirazçılar parlament binasının qarşısına toplaşmağı planlaşdırır.
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu 53,93% səslə qalib gəlib.