AZ

Neymar bu klubla anlaşdı

"Əl-Hilal"ın hücumçusu Neymar karyerasını Braziliyada davam etdirə bilər.

Publika.az xəbər verir ki, 32 yaşlı vinger sabiq klubu "Santos"la anlaşıb. Bu barədə jurnalist Luis Merlon məlumat yayıb.

Hazırda futbolçunun nümayəndələri Səudiyyə Ərəbistanı klubu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməyə çalışırlar.

Neymarın transferinin bu mövsüm "Santos"un çıxış etdiyi B seriyası bitdikdən sonra (25 noyabr) rəsmən açıqlanmasının planlaşdırıldığı iddia edilir. Komanda artıq vaxtından əvvəl A seriyasına yüksəlib.

Seçilən
22
publika.az

1Mənbələr