AZ

Azərbaycan hərbi xərcləri ARTIRILIR

Azərbaycanın növbəti il üçün büdcəsində müdafiə və təhlükəsizlik xərcləri ümumilikdə 8 milyard 396 milyon manat olacaq. İlkin olaraq sözügedən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.

2025-ci ilin xərclərin strukturuna müdafiə qüvvələri üçün 2 milyard 665, 2 milyon, milli təhlükəsizlik üçün 467 milyon 917 min, sərhəd xidməti üçün 540 milyon 314 min manat daxildir.

Həmçinin müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 4 milyard 717,4 manat nəzərdə tutulub.

Modern.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov xərclərin artırılmasının səbəblərini açıqlayıb.

O bildirib ki, müdafiə və milli təhlükəsizlik xərclərinə növbəti ilin büdcə xrəclərinin 20,3 faizi həcmində, 8 milyarda 396 milyon manat məbləğində vəsait nəzərdə tutulub. 

Seçilən
19
6
ucnoqta.az

10Mənbələr