AZ

Paraqvay prezidenti G20 sammitindən təcili yardımla xəstəxanaya aparıldı

Paraqvay Prezidenti Santiaqo Penya ürəyində ağrılar səbəbindən təcili yardım maşını ilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini tərk edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

O, Rio-de-Janeyroda yerləşən "Samaritano" xəstəxanasına aparılıb.

Məsələ ilə bağlı Paraqvayın birinci xanımı Letisiya Okampos sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, ölkə prezidenti həkim müayinəsindən keçib, hazırda özünü yaxşı hiss edir və müayinənin nəticələrini gözləyir.

Seçilən
33
2
ikisahil.az

10Mənbələr