Bakı. Trend:
2025-ci ildə insanların rifahının daha da yaxşılaşdırılması üçünmümkün olan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi 2025-ciilin dövlət büdcəsində öz əksini tapıb. Güman edirəm ki, Azərbaycanvətəndaşları 2025-ci ildə daha yaxşı yaşamaq imkanlarına malikolacaqlar.
Trend xəbər verir ki, bunuMilli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilinbüdcəsinin müzakirəsi zamanı parlament sədrinin birinci müavini ƏliƏhmədov deyib.
Onun sözlərinə görə, hər bir hökumətin fəaliyyətiniqiymətləndirən ən mühüm parametr təkcə ondan ibarət deyil ki,hökumət qarşısına çıxan problemləri həll edə bilir.
"Həm də ondan ibarətdir ki, hökumət hər növbəti ildə insanlaradaha yaxşı, yüksək və keyfiyyətli həyat təqdim edə bilir. Düşünürəmki, 2025-ci ilin dövlət büdcəsində bu cəhətlər özünün hərtərəfliəksini tapıb", - deyə o əlavə edib.