AZ

BDU-da 410 tələbə təhsil krediti alıb

Bakı Dövlət Universitetinin 410 tələbəsi 2024/2025-ci tədris ilinin payız semestri üzrə təhsil krediti əldə edib. Onlardan 98-i sosial, 312-si standart kreditlərdir.

QHT.az xəbər verir ki, əvvəlki il 705 BDU tələbəsinə təhsil krediti verilib: 184-ü sosial, 521-i isə standart kredit.

Tələbələr təhsil krediti üçün www.e-ttkf.edu.az portalı vasitəsilə müraciət edə bilərlər. Kreditlər girovsuz və zaminsiz, uzunmüddətli qaydada təqdim olunur; güzəşt dövründə faizlər hesablanmır.

Seçilən
14
1
qht.az

4Mənbələr