AZ

Nazir müavini: "Fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması üçün dəstəyə ehtiyacı var"

İqlim dəyişikliyi hamımıza təsir edən qlobal problemdir. Bu, məhsullarımıza, su ehtiyatlarımıza və torpağımızın sağlamlığına təsir göstərir. Fermerlərin bu dəyişikliklərə uyğunlaşması və təsərrüfatlarının məhsuldar, davamlı olması üçün dəstəyə ehtiyacı var.

FED.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov “Aqrar-qida sisteminin transformasiyasının maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

O qeyd edib ki, Bakı Harmoniya İqlim Təşəbbüsü beynəlxalq sərmayələrin və əməkdaşlığın cəlb edilməsində mühüm rol oynayacaq, iqlimə davamlı kənd təsərrüfatını dəstəkləmək imkanlarını daha da genişləndirəcək.

“Bizim üçün iqlimin maliyyələşdirilməsi təkcə pulla bağlı deyil. Bu, xalqımız üçün ərzaq təminatı və kənd icmaları üçün daha yaxşı imkanların yaradılması haqqındadır. İqlimə davamlı kənd təsərrüfatına sərmayə qoymaqla biz təbii ehtiyatlarımızı qoruyuruq və hər kəs üçün davamlı gələcək qururuq”, - deyə nazir müavini bildirib.

E.Zeynalov beynəlxalq tərəfdaşlarla birlikdə fermerləri həqiqətən dəstəkləyə biləcək güclü iqlim maliyyələşdirmə sistemi yaratmağa çağırış edib. (Azərtac)

Seçilən
11
fed.az

1Mənbələr