AZ

“Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində “Aqro-ərzaq sisteminin transformasiyasınınmaliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirininmüavini Elçin Zeynalov bildirib ki, fermerlərin iqlimdəyişikliklərinə uyğunlaşması, təsərrüfatlarının məhsuldar vədavamlı olması üçün hərtərəfli dəstəyə ehtiyacı var. Fermerlərinyeni texnologiyaların və iqlim baxımından ağıllı təcrübələrintətbiqi istiqamətində dəstəklənməsi qlobal ərzaq təhlükəsizliyiüçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin dahadayanıqlı və səmərəli əkinçilik təcrübələrinə keçidinə kömək etməkməqsədilə müxtəlif dəstək mexanizmləri mövcuddur. Bu maliyyəmexanizmləri ilə yanaşı, təsərrüfatları təbii fələkətlərlə bağlırisklərdən qorumaq üçün Aqrar Sığorta Fondu fəaliyyət göstərir.Elçin Zeynalov qeyd edib ki, Azərbaycan davamlı kənd təsərrüfatınındəstəklənməsində səylərin gücləndirilməsi üçün qlobalplatformalardan tam istifadədə maraqlıdır. Onun sözlərinə görə,iqlimə davamlı kənd təsərrüfatına sərmayə qoyulması təbiiehtiyatların qorunması və davamlı gələcəyin qurulması baxımındanmühüm əhəmiyyət kəsb edir.

Panel müzakirələrdə çıxış edən FAO-nun İqlim Dəyişikliyi, ƏtrafMühit və Biomüxtəliflik İdarəsinin Baş təbii sərvətlər mütəxəssisiMartial Bernoux, Dünya Bankının Kənd Təsərrüfatı üzrə QlobalDirektoru Shobha Shetty, Dünya Bankının İqlim-Ağıllı KəndTəsərrüfatı üzrə Qlobal Rəhbəri Bill Sutton iqlim dayanıqlığınıartırmaq üçün iqlim dəyişikliyi planlaşdırması, həyata keçirilməsi,monitorinq və hesabatların təqdim edilməsi iqlim dəyişikliyinəuyğunlaşma və təsirlərin yumşaldılması, aqro-ərzaq sistemlərininiqlim maliyyəsinin vəziyyəti, hədəf və imkanlar, aqro-ərzaqsisteminin transformasiyası emissiyaların həcminin əhəmiyyətlidərəcədə azaldılması ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirdə bağlanış nitqi ilə çıxış edən Aqrar Kredit və İnkişafAgentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova qeyd edib ki, iqlimdəyişiklikləri fonunda ərzaq təhlükəsizliyi və ətraf mühitinmühafizəsini təmin etmək üçün aqro-ərzaq sistemləri üçün iqlimmaliyyələşməsi prosesi genişləndirilməlidir. Onun sözlərinə görə,aqrar sahədə maliyyə axınlarının texnoloji innovasiya və həllərəyönəldilməsi, özəl sərmayə cəlb etmək üçün dövlət-özəl tərəfdaşlığıolduqca vacibdir.

Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb,iştirakçıların sulları cavablandırılıb.

“Aqro-ərzaq
“Aqro-ərzaq
“Aqro-ərzaq
“Aqro-ərzaq
“Aqro-ərzaq
“Aqro-ərzaq
“Aqro-ərzaq
“Aqro-ərzaq
“Aqro-ərzaq
“Aqro-ərzaq
Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr