AZ

Britaniya Rusiyaya növbəti sanksiyalar tətbiq etdi

Britaniya hakimiyyəti Rusiyanın 10 rəsmisinə və dövlətlə əlaqəli gənclər təşkilatına sanksiya tətbiq edib. Onlar məcburi deportasiya və ukraynalı uşaqlara ideologiya aşılamaq cəhdlərində təqsirli bilinirlər.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilib ki, Rusiyanın Ukraynanın mədəni və milli kimliyini silmək üçün sistemli cəhdlərində iştirak edənlərə qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya işğalı başlayandan sonra 19 mindən çox uşaq Rusiyaya aparılıb./axar.az

Seçilən
5
2
yenicag.az

3Mənbələr