Bakı. Trend:
Biz iqlim dəyişikliyi ilə mübarizə üçün bütün istiqamətlərdədaha çox iş görməliyik.
Trend xəbər verir ki, bunuNorveçin iqlim və ətraf mühit naziri Tore Onşuus Sandvik COP29sammitində çıxışı zamanı bildirib.
Nazir üç əsas sahəyə diqqət yetirərək, iqlim dəyişikliyi iləmübarizədə milli töhfələrin (NDC) temperatur artımını 1,5 dərəcəSelsi ilə məhdudlaşdırmaq məqsədinə uyğun olmasının vacibliyinivurğulayıb.
"Hər bir ton əhəmiyyətlidir. Bizə daha dərindən, daha sürətli vədayanıqlı emissiya azaldılması lazımdır", – deyə nazir qeydedib
T.Sandvik iddialı məqsədlərin əhəmiyyətini vurğulayıb vəNorveçin qlobal səylərə bağlılığını təsdiqləyib.
"Bizim yeni milli töhfəmiz İqlim Dəyişiklikləri Qanununda təsbitolunacaq və 2035-ci il üçün məqsədimiz qlobal istiləşməni 1,5dərəcə səviyyəsində saxlamaq istiqamətində töhfəmiz olacaq", – oəlavə edib.
T.Sandvik iqlim maliyyələşdirilməsinin vacibliyini qeyd edərək,inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətlərinə daha çoxdəstək vermək üçün daha iddialı və əlçatan kollektiv məqsədinmüəyyənləşdirilməsini təklif edib.
"Yeni kollektiv iqlim maliyyələşdirilməsi məqsədi iddialı vəəlçatan olmalıdır ki, inkişaf etməkdə olan ölkələrdə iqlimtəşəbbüslərinin maliyyələşdirilməsini daha da gücləndirsin", – deyəo vurğulayıb.
Nazir bildirib ki, Norveç Paris Sazişinin uzunmüddətliməqsədlərinə çatmaq üçün böyük dəstəklər cəlb etməyə və iqlimhəllərinə özəl investisiyaları təşviq etməyə davam edəcək.
"Biz hərəkətə keçməliyik. Biz insan hüquqlarına, genderbərabərliyinə, yerli xalqların hüquqlarına və biliklərinə hörmətləyanaşaraq, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini həyatakeçirməliyik", – deyə nazir vurğulayıb.
T.Sandvik ümid edir ki, COP29 sammiti dünya liderləri üçün mühümbir siqnal olacaq.
"Bu sammit milyonlarla qərar qəbul edən şəxsə güclü bir siqnalgöndərməlidir ki, biz tərəflər olaraq qlobal istiləşməni 1,5dərəcədən aşağı saxlamaq və iqlim dəyişikliyinə hazır davamlı birgələcək yaratmaq üçün uğura nail olmaq istiqamətində işləyəcəyik",- deyə o, çıxışını yekunlaşdırıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.