ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın İnstaqram hesabı bloklanıb.
Bu barədə həmkarı Nigar Mahmudova məlumat verib.
O bildirib ki, Ataşovanın səhifəsi saxta diplomlu həkimlərin sifarişi əsasında bloklanıb.
"Kaş yaxşı işlərdə belə koalisiya olaydınız. Milyonlar qazanmaq üçün insan canına qıyanda yox, cinayətlərinizi ört-basdır eləmək üçün yox. Düz qorxursunuz", - deyə N.Mahmudova yazıb.
Qənirə Ataşovanı hazırda "Facebook" səhifəsindən izləmək mümkündür.
Qeyd edək ki, Qənirə Ataşova bir müddətdir saxta diplomlu plastik cərrahları ifşa edir. O, 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. Ataşova həmin həkimlərin nazirliyə rüşvət verərək ixtisaslarını dəyişdiklərini bildirib.
Mənbə: unikal.az