İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah" təşkilatının raket bölməsinin komandiri Əli Taufik Düeyki zərərsizləşdirib.
Bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilib.
"Düeyk 2024-cü ilin sentyabrından ortamənzilli raket bölməsinə rəhbərlik edirdi. O, bu vəzifədə öldürülmüş əvvəlki komandiri əvəz etmişdi", - açıqlamada qeyd olunub.
Mətbuat xidməti bildirib ki, Əli Taufik Düeyk Hayfa və İsrailin mərkəzi hissəsinə doğru 300-dən çox raketin atılmasına görə məsuliyyət daşıyırdı.
“Cebheinfo.az”