Azərbaycan millisi səfərdə İsveçə qarşı keçirdiyi UEFA Millətlər Liqasının sonuncu turunun oyununda dəstəksiz qalmayıb.
"Report"un İsveçə ezam olunan əməkdaşı xəbər verir ki, tribunada 200-ə yaxın həmyerlimiz yer alıb.
Qeyd edək ki, “Stroberri Arena"dakı qarşılaşmada hələlik hesab açılmayıb. Meydan sahibləri C Liqasının I qrupunda 13 xalla liderdir. Komandamız isə 1 xalla sonuncu - dördüncü sırada qərarlaşıb.