AZ

Ermənistan parlamentindən də istefalar başladı

Ermənistan hökumətindəki istefaların ardınca ölkə parlamentində də “yarpaq tökümü” başlayıb.

Azreform.info bildirir ki, bu barədə Ermənistan Milli Assambleyasının Səhiyyə Məsələləri üzrə Daimi Komitəsinin sədri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Narek Zeynalyan mandatından imtina qərarını açıqlayıb. “Mən öz təşəbbüsümlə deputat səlahiyyətlərimə xitam verirəm”, Zeynalyanın yaydığı bəyanatda deyilir.

“Bu gün olduğu kimi, mən öz bilik və təcrübəmlə Ermənistan Respublikasına xidmət etməyə davam edəcəyəm”, - deyə Zeynalyan ötən illər ərzində gördüyü işləri təqdim edərək yazıb. O daha sonra bildirib: “Siyasi komanda ilə birlikdə biz kifayət qədər çətin sınaqların öhdəsindən gəldik. Əminəm ki, həmkarlarım bəyan etdiyimiz dəyərləri qoruyub saxlamağa, Ermənistan Respublikasının qarşısında duran bütün çətinlikləri şərəflə dəf etməyə və arzularımızı reallığa çevirməyə davam edəcəklər”.

Qeyd edək ki, bu gün hakim partiyanın digər deputatı korrupsiya ittihamı ilə istintaqa cəlb olunub.

Seçilən
15
26
azreform.info

10Mənbələr