AZ

Məmurları "WhatsApp" mesajı ilə işdən azad edən Paşinyan yeni nazirin adını da AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan Daxili İşlər Nazirliyinə bu qurumda müavin vəzifəsində çalışan Arpine Sarkisyan rəhbərlik edəcək. O, bu yaxınlarda istefa verən Vaqe Kazaryanı əvəz edəcək.
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyan sosial şəbəkədə məlumat verib.
"Hörmətli həmvətənlər, daxili işlər nazirinin müavini vəzifəsində çalışan Arpine Sarkisyan nazir təyin ediləcək", - deyə o yazıb.
Qeyd edək ki, Sarkisyan 2022-ci ilin yanvarında nazir müavini təyin edilib. Bundan əvvəl Sarkisyan Ədliyyə Nazirliyinin Cinayət qanunvericiliyi, penitensiar və probasiya siyasətinin inkişafı departamentinin rəisi vəzifəsində çalışıb.
Sarkisyan qərbpərəst qanadla əlaqələri, həmçinin ABŞ-nin Ermənistandakı səfirliyi ilə sıx təmasları ilə tanınır.
Xatırladaq ki, noyabrın 17-də axşam saatlarında Ermənistan KİV-də ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Balasyan və İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan və daxili işlər naziri Vahe Kazaryanın istefası ilə bağlı xəbərlər yayılmışdı. Sonradan məlum oldu ki, Ermənistan baş naziri Nikol Paşinyan məmurları işdən çıxarılmaları barədə qərarını "WhatsApp" vasitəsilə bildirib.
Seçilən
12
41
oxu.az

10Mənbələr