AZ

On ayda daha çox qadınlar yaşa görə pensiyaya çıxıb

2024-cü ilin on ayında 706 min 9 yüz nəfərdən çox şəxsə yaşa görə pensiya təyin edilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. 
 
Pensiya təyin edilənlərin 42,97%-ni kişilər, 57,03%-ni isə qadınlar təşkil edib.
 
2024-cü ilin altı ayında Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı 144,714 nəfər təşkil edir. 

Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır. 
 
Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
 
Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.

2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. 
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
15
1
anews.az

2Mənbələr