Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. 1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.