Hindistanın paytaxtı Yeni Dehlidə dövlət idarələrində çalışan işçilərin yarısının havanın normadan artıq çirkliliyi səbəbindən evdən işləyəcəklər.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, Dehli əyalətinin Ekalogiya Naziri Qopal Rai X sosial media hesabında paytaxtda havanın çirklənməsinin qarşısını almaq üçün tədbirlərin görüldüyünü açıqlayıb.
Rai, Yeni Dehlidə hava çirkliliyini azaltmaq üçün dövlət idarələrində çalışan işçilərin yarısının evdən işləməsinə qərar verildiyini bildirib.
Qeyd edək ki, Yeni Dehlidə hava keyfiyyəti indiyə qədər qeydə alınan ən pis səviyyəyə çatıb.
Paytaxtda havanın çirklənməsinin qarşısını azaltmaq üçün təmiz enerjili yanacaq istifadə etməyən yük maşınları və buna bənzər nəqliyyat vasitələrinin Yeni Dehliyə girişi qadağan edilib. Bundan əlavə, 10 və 12-ci siniflər istisna olmaqla, məktəblərdə üzbəüz tədris dayandırılıb.
7News.Az