AZ

Prokurorluqda çalışırdılar, hakim oldular - FOTOlar

Prokurorluğun işçilərinin hakim vəzifələrinə təyin edilməsi ilə əlaqədar tədbir keçirilib.

Hakimlik vəzifələrinə seçilməklə bağlı müsabiqədə müvəffəqiyyət əldə etmiş, Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2024-cü il tarixli sərəncamı ilə prokurorluq işçiləri Elvin Ələsgərovun Lənkəran Rayon Məhkəməsinin hakimi, Nazlı Heydərovanın isə Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifələrinə təyin edilməsi ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədovun rəhbərliyi ilə keçirilən tədbirdə qeyd olunan prokurorluq əməkdaşları təbrik edilib.

Baş prokurorun birinci müavini səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlərə görə Baş prokuror Kamran Əliyev tərəfindən verilmiş prokurorluğun fəxri fərmanını onlara təqdim edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkli çəkilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
52
48
milli.az

10Mənbələr