AZ

Sakinlərin metroda qorxduqları o aparatla bağlı AÇIQLAMA

Metroda paytaxt sakinlərinin qorxusuna səbəb olan X-ray aparatı ilə bağlı bəzi məqamlar məlum olub.

Musavat.com xəbər verir ki, son günlər bəzi sakinlər metroda təhlükəsizlik üçün quraşdırılan X-ray aparatına çantalarını qoymaq istəmədiklərini bildiriblər.

"Mən hər gün işə özümlə yemək aparıram. Eşitmişəm ki, bu aparat qida üçün təhlükəlidir. Bunda güclü radiasiya var", deyə orta yaşlı qadın Musavat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, son günlər COP 29-la bağlı təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Bütün əşyalar, hətta qidalar da bu aparatdan keçirilir.
Bəs əhalinin narahatlığına səbəb olan bu aparat həqiqətən də təhlükəlidirmi?

AYDIN

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən həkim-radioloq Aydın Əliyev deyib ki, metroda hər gün istifadə etdiyimiz X-Ray aparatı təhlükəli deyil və insanların hər hansı narahatlığına əsas yoxdur.

Onu da nəzərə çatdıraq ki, X-ray aparatlarının qidalara təsiri ilə bağlı açıqlamalar ümumiyyətlə tibb mütəxəssisləri və radiasiya üzrə ekspertlərin ümumi məlumatlarına əsaslanır.  Radiasiya və X-ray cihazlarının istifadəsi ilə bağlı Türkiyənin "Evrim Ağacı" platformasında açıqlama verən Hasan Dağtekin bildirib ki, X-ray cihazlarından yayılan radiasiya səviyyəsi çox aşağıdır və qidaların tərkibinə ciddi təsir etmir​​.

Beynəlxalq Radiasiya Qoruma Komissiyası (ICRP) rentgen şüalarının təhlükəsizlik standartlarını təyin edir və bu qurum da  açıqlamalarında X-ray cihazlarının insan sağlamlığına və əşyalara təsirini minimal səviyyədə saxladığını vurğulayır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) - rentgen şüalarının qida və gündəlik istifadəyə təsiri ilə bağlı araşdırmalarında qeyd edib ki, aşağı dozalı X-ray cihazları təhlükəsiz hesab olunur.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
45
50
musavat.com

10Mənbələr