“Xankəndi” daha bir milli üzvünü heyətinə qatıb.
Publika.az xəbər verir ki, Region Liqası təmsilçisi çimərlik futbolu üzrə Azərbaycan yığmasının qolkiperi Elçin Qasımovla güclənib.
Bu, 35 yaşlı təcrübəli qapıçının böyük futbolda 7-ci klubu olacaq. O, buna qədər “Mingəçevir”, “Qəbələ”, “İnter”, “Şuşa Qarabağ”, “Qaradağ Lökbatan” və “Xəzər”in (Bakı) şərəfini qoruyub.