AZ

Lənkəranda avtomobil piyadanı vurub öldürdü

Lənkəranda baş verən qəzada piyada ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi "Opel" markalı minik avtomobili ilə Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
58
11
unikal.az

10Mənbələr