AZ

ABŞ on minlərlə fələstinlinin ölümünə qərar verdi - Nebenzya

ABŞ veto hüququndan istifadə edərək Qəzza ilə bağlı qətnaməni bloklamaqla on minlərlə fələstinlinin ölümünə görə tam məsuliyyəti öz üzərinə götürdü.

Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Amerikalı həmkarlarıma müraciət edirəm. Bu gün on minlərlə günahsız vətəndaşın ölümünə, qaçqınların məşəqqətinə, girovların və qeyri-qanuni həbs edilmiş fələstinlilərin əzablarına görə bütün məsuliyyətinizi öz üzərinizə götürdünüz", - V.Nebenzya bildirib.

Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəs və girovların azad edilməsini tələb edən qətnamə layihəsinə veto qoyub.

Seçilən
11
1
axar.az

2Mənbələr