Kazhetta Axmetzhanova “Rus Nostradamus” kimi tanınan və gələcəklə bağlı proqnozları ilə gündəmə gələn bir addır.
7Times.az xəbər verir ki, məşhur falçı Kazhetta Axmetjanova dünyada hökm sürən xaotik nizam və Rusiya-Ukrayna müharibəsi ilə bağlı proqnozlar verib.
“Növbəti bir neçə ay dünya üçün son dərəcə təhlükəli dövrdür. Vəziyyət yaxşılaşmadan daha da pisləşəcək”, – Axmetjanova bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı iddialı proqnozlar da verən kahin, “Mövcud böhran 2025-ci ilə qədər həll olunacaq, lakin bu proses asan olmayacaq” deyib.
Kahin qlobal tarazlıq bərpa olunmazdan əvvəl daha çətin sınaqlarla üzləşəcəyi barədə xəbərdarlıq edib və onun açıqlamaları sosial mediada geniş əks-səda doğurub.
News24.az