AZ

Baxşıyev yığmamızı oyuna hazır sayır

“Hazırlıq yaxşı keçdi. Demək olar ki, bütün uşaqlar zədəsizdir. Yalnız Endər Poladxanlı zədə səbəbindən oynaya bilməyəcək”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis dünya çempionatının seçmə mərhələsində İrlandiyaya qarşı keçirəcəkləri matça hazır olduqlarını bildirib: “Hazırda Dublindəyik. Sabah çox önəmli matçımız var. Əlbəttə, Endər zədəli olmasaydı, bütöv heyətlə çıxış edə bilərdik. Buna baxmayaraq, basketbolçularımızın hamısı matça hazırdır. Bizim üçün çox vacib oyun olduğunu bütün komanda başa düşür. Ona görə də əlimizdən gələn hər şeyi edəcəyik ki, qalib gələk”.

Qeyd edək ki, bu gün Dublindəki Milli Basketbol Arenasında təşkil olunacaq İrlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb. Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.

GÜNAY SÜLEYMANOVA

Seçilən
15
futbolinfo.az

1Mənbələr