AZ

BMT-nin nümayəndəsi: Suyun iqlim dəyişikliklərinin təsirlərini azaltmaqdakı rolu hələ də kifayət qədər anlaşılmır

Su iqlim təsirlərinin azaldılmasında imkan yaradır.

APA xəbər verir ki, bunu BMT-nin Su və İqlim Dəyişikliyi üzrə ekspert qrupunun nümayəndəsi Nikolas Franke "İqlim üçün Su: Su Həlllərinin NDC və NAP-lara inteqrasiyası. Biomüxtəliflik, Su və İqlim əlaqəliliyi" mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.

“Biz artıq su və iqlim dəyişikliklərinə uyğunlaşma arasındakı fundamental əlaqəni və su ehtiyatlarının uyğunlaşma planlarında nəzərə alınmasının vacibliyini bilirik. Məsələn, əvvəlki COP-da su qıtlığı və təhlükələri ilə bağlı konkret hədəfləri əhatə edən qlobal uyğunlaşma planı qəbul edilib. Lakin suyun iqlim dəyişikliklərinin təsirlərini azaltmaqdakı rolu hələ də kifayət qədər anlaşılmır, eləcə də bu aspektlərin Paris Sazişi çərçivəsində milli müəyyən edilən töhfələrə (NDC) inteqrasiyasının zəruriliyi də. Ümid edirik ki, bu qeyd su ehtiyatları ilə iqlim dəyişikliklərinin təsirlərinin azaldılması arasındakı əlaqəni daha dərindən başa düşməyə və ölkələrin müvafiq tədbirlər hazırlayıb həyata keçirməsinə kömək edəcək", - deyə o bildirib.

Seçilən
46
1
apa.az

4Mənbələr