Azərbaycan və Pakistanın aviasiya operatorlarının birgə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşdük. İki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.