AZ

Bu ölkədə 16 yaşadək uşaqlara sosial şəbəkələr qadağan edildi


Avstraliya hakimiyyəti sosial şəbəkə istifadəçilərinin yaşını məhdudlaşdıran, 16 yaşdan kiçik şəxslərin bu şəbəkələrə girişini qadağan edən qanun qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş nazir Entoni Albaneze müvafiq bəyanatla çıxış edib.
Hökumət başçısı qeyd edib ki, Avstraliya sosial media istifadəçiləri üçün minimum yaş həddini 16 yaş müəyyən edən qanun qəbul edib.
“Qanun hazırkı onlayn təhlükəsizlik qanunvericiliyinə dəyişikliklər edir ki, bu da gənc avstraliyalıların inkişafının kritik mərhələlərində onların daha etibarlı müdafiəsini təmin edəcək”, - Baş nazir bildirib.
Albaneze həmçinin qeyd edib ki, Avstraliya hakimiyyəti texnologiya şirkətləri və sosial şəbəkə administrasiyalarından 16 yaşdan kiçik istifadəçilərin hesab və səhifə yaratmasının qarşısını almaq üçün ağlabatan tədbirlər görmələrini tələb edəcək.
“Hökumət yeni qanunu pozduğuna görə sərt cəzalar tətbiq edəcək və rəqəmsal platformalar 49,5 milyon Avstraliya dollarına qədər (32 milyon dollardan çox) cərimə ilə üzləşəcək”, - o qeyd edib.
Seçilən
7
1
yeniavaz.com

2Mənbələr