AZ

Qar Bosniyada həyatı iflic edib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda anidən yağan qar əhalini çətin vəziyyətə salıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, axşam saatlarından başlayan qar şəhəri iflic vəziyyətinə salıb. 
 
Güclü yağıntılar səbəbindən şəhərin mərkəzində nəqliyyatın hərəkətində problemlər yaranıb.

Meteoroloqlar qarın gecəyədək davam edəcəyini, temperaturun daha da aşağı düşəcəyini bildiriblər.

Vətəndaşlardan şaxta və güclü qardan yaranan görmə məsafəsinin azalmasına qarşı diqqətli olmaları istənilib.
 
Cəmalə
Seçilən
34
azxeber.com

1Mənbələr