AZ

İmran Xan azadlıqdadır

Hurriyyet.az xəbər verir ki, İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri və "Təhriki-İnsaf" partiyasının qurucusu İmran Xanı girov qarşılığında azadlığa buraxıb. Bu barədə "Dawn" qəzeti məlumat verib.

Məhkəmə hərəsi 1 milyon rupi (3611 dollar) olmaqla iki girov qarşılığında İmran Xanı azad edib.

Keçmiş Baş nazir ilə həyat yoldaşı Büşra Bibi iyulun 13-də həbs edilmişdilər. Sonradan Büşra Bibi girov qarşılığında azad olmağa nail olmuşdu.

İmran Xan ilə Büşra Bibi onlara verilən xarici hədiyyələrin qanunsuz satışı ittihamı ilə həbs ediliblər. Bu hədiyyələrin içərisində 7 ədəd "Graff" və "Rolex" saatları, brilyant və qızıldan ibarət 10 ədəd zərgərlik məmulatı var. İddiaya görə, həmin hədiyyələr dövlətin "Toşaxana" saxlama yerinə verilməyərək satılıb.

Hürr Tərcüman Dawn

 

Seçilən
11
hurriyyet.az

1Mənbələr