AZ

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Keniyanın “SMACHS” təşkilatı arasında Memorandum imzalanıb (FOTO)

2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Yaşıl Zonada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Keniyanın "SMACHS" təşkilatı arasında Memorandum imzalanıb.

Olaylar xəbər verir ki, sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və "SMACHS Foundation"nun qurucusu Şarlin Ruto (Charlene Ruto) imzalayıblar.

Əməkdaşlıq Memorandumu iki ölkə QHT-ləri arasında əlaqələrin gücləndirilməsi üçün imkanların yaradılması və birgə səylərin artırılmasını hədəfləyir.

Memorandum imzalandıqdan sonra "SMACHS" təşkilatının təqdimatı keçirilib, suallar cavablandırılıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

QHT-lərə

QHT-lərə

QHT-lərə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
2
olaylar.az

3Mənbələr