AZ

Zəngilanda YAP-ın yaradılmasının 32-ci ildönümü münasibətilə intellektual yarış keçirilib - FOTOLAR



21 noyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə Nə? Harada? Nə Zaman? intellektual yarışı keçirilib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri Kənan İmaməliyev iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə yarışın əhəmiyyətini vurğulayaraq, yarışın əsas məqsədi YAP-ın yaranmasının dəyərinin gənclərə anlatmaq, gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, onların intellektual potensialını üzə çıxarmaq və gənclərin bu cür tədbirlərdə fəal iştirak etməsinin vacibliyini qeyd etmişdir. "Bu yarış gənclərimizin biliklərini artırmaqla yanaşı, onların dostluq və həmrəylik ruhunu da gücləndirir. Gənclərimizin belə tədbirlərdə fəal iştirakı bizim gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edir," – deyə o, bildirmişdir.
Digər çıxış edənlərdə qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyevin xalqımıza dəyərli siyasi mirası olan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda uğurla addımlayan Yeni Azərbaycan Partiyası Azərbaycanın siyası həyatında mühüm rol oynamış və ölkənin inkişafına önəmli töhfələr vermişdir.

Zəngilan rayon Mədəniyyət Evində keçirilən tədbirdə 12 komanda iştirak edib. Yarışmada iştirakçılara 2 tur boyunca Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, YAP-ın yaranma tarixi, fəaliyyəti, 44 Günlük Zəfər tarixi, ümumi dünyagörüş və ekoloji mövzulara aid müxtəlif çətinlikdə suallar verilib.
Nəticə etibarilə, yarışda qalibiyyəti “Xarıbülbül” komandası qazanıb, “Həkəri” komandası 2-ci, “Vətən” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalar kubokla, müvafiq diplomlarla təltif olunub, yarışda iştirak etmiş digər komandalara da Təşəkkürnamələr verilib.
Həmçinin rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri Fərmanlar təqdim olundu.

Sonda YAP-nın himni səsləndirilib.



Seçilən
0
1
aia.az

2Mənbələr