Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib.
Viral.az xəbər verir ki, bu haqda verilişində danışan Zaur “2 il yanında işləyib, indi çıxardıb. Deyir ki, mənə dəstək oldu, işə götürdü. İndi şikayət edir ki, niyə məni işdən çıxartdı” sözlərini əlavə edib.
Niyam isə “Restoran hələ açılmayıb, necə işdən çıxartdım? Yalan danışır. Elə bir sənətkarın xanımını işə dəvət edəndə adını nə qoyum? Gülü yanımda nə işləyir? Aşpaz köməkçisi? Yox. O, işləmir, adı Niyamın yanında olmaqdır. Yanımda sağ əlim olacaq” deyə, cavab verib.
Son Yazılar:
- “Altın kelebek”in azərbaycanlı namizədləri – Fotolar
- Sahibə Qafarova Valentina Matviyenko ilə GÖRÜŞDÜ
- Prezident bu mərkəzləri ləğv etdi
Qeyd edək ki, Rəmiş dünyasını dəyişəndən sonra xanımı restoranda çalışmağa başlayıb (axşam.az).